AZ

Qurumların vətəndaşları saldığı çıxılmaz labirint: Hər 5 sahibkardan 4-ü sənədsiz qalıb…

“2023-cü ildə Prezident tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalanıb. Məqsəd illərlə sənədsiz qalan qeyri-yaşayış obyektlərini rəsmiləşdirmək, sahibkarın əlini-qolunu açmaq, iqtisadiyyata nəfəs vermək idi”.

NOCOMMENT.az xəbər verir ki, bunu millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

Razi Nurullayev

Deputatın sözlərinə görə, hər 5 sahibkardan 4-ü nəticə ala bilmir:

“Fərmanla bağlı 18 mindən çox müraciət edilib. Amma bu müraciətlərin nəticəsi nə olub? Cəmi 4-5 min obyekt sənədləşdirilib. Bu nə deməkdir? Bu o deməkdir ki, hər 5 sahibkardan 4-ü hələ də nəticə ala bilməyib. Bu, artıq statistika deyil, narazılıqdır, ümidsizlikdir”.

“Sahibkar deyir ki, sənədləri verdim, aylarla cavab yoxdur. Bir idarə deyir başqa quruma get, o biri deyir yenidən müraciət et. Biri razılıq verir, digəri imza atmır. Bu, sahibkarlıq üçün şərait deyil, bürokratik labirintdir, – deyə Nurullayev qeyd edib.

Deputat vurğulayıb ki, problem qanunda yox, mexanizmdədir…

Ətraflı videoda:

Seçilən
8
1
nocomment.az

6Mənbələr