AZ

AZAL təyyarəsinin qəzasından bir il ÖTÜR

Ajans.az xəbər verir ki, qəza nəticəsində 38 nəfər həlak olub. Dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus "J2-8243" nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli təyyarə təcili eniş zərurəti ilə əlaqədar Aktau şəhəri istiqamətinə yönəldilib və şəhərdən 3 km aralıda qəzaya uğrayıb. . Təyyarədə beş ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb. Sankt-Peterburq şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən təyyarə qəzası barədə məlumat verilib və dövlətimizin başçısı dərhal Bakıya geri qayıtmaq barədə tapşırıq verib.

Elə həmin vaxt Prezidentin sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq məqsədilə Baş nazir Əli Əsədovun rəhbərliyi altında Dövlət Komissiyası yaradılıb. Bundan başqa, hadisəni yerində araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti qurumların nümayəndələri Qazaxıstanın Aktau şəhərinə ezam olunublar.

Seçilən
16
Ajans.az

1Mənbələr