AZ

Xalq artistindən aparıcılara irad

“İnsana həm yaşına, həm də sənətinə görə hörmət edirlər. Amma bəzi verilişlərdə yaşlı sənət adamlarını nüfuzdan salmağa çalışırlar”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Günə uğurla” verilişində deyib.

O, bildirib ki, bəzi aparıcıların yanaşması düzgün deyil.

Sənət adamlarına ehtiramla yanaşılmalı olduğunu deyən Xalq artisti qeyd edib:

“Mən 60 ildir bu sənətdəyəm, xalqımıza minnətdaram. Məni sevirlər, görəndə bilmirlər nə etsinlər. İndiki zamana qədər bunu qoruyub saxlamaq çox çətin məsələdir. Həmişə gərək özünü gözləyəsən ki, artıq-əskik hərəkət etməyəsən. Çünki gözə tez çarpır. Hamı çörək yeyir, amma sən yeyəndə baxırlar, onda maraq oyanır ki, görəsən necə yeyir. Danışığında da, hərəkətində də gərək əda olsun. Sənət adamına ehtiramla yanaşmaq lazımdır. Onun üçün əl çalmaqdan yaxşı hədiyyə ola bilməz”.

Seçilən
19
nocomment.az

1Mənbələr