AZ

Sağlam dişləri çəkən STOMATOLOQ BANDASI: 17 nəfər SAXLANILDI – VİDEO

Rusiyada sağlam dişləri çəkən “stomatoloq bandası” ifşa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İki qardaşın qurduğu şəbəkə pasiyentləri aldadaraq kredit götürməyə məcbur edib.

Məlumata görə, Rusiyanın bir neçə iri şəhərində pasiyentlərin sağlam dişlərini çəkən mütəşəkkil dəstə aşkar edilib.

37 və 38 yaşlı iki qardaş İjevsk, Moskva, Barnaul və Naberejnıye Çelnı şəhərlərində geniş stomatologiya şəbəkəsi yaradıblar.

Klinika əməkdaşları vətəndaşlara zəng edərək “çənənin pulsuz panoramik şəkli və konsultasiya” təklif ediblər. Pasiyentlər klinikaya gəldikdən sonra isə onlara lazımsız xidmətlər təlqin edilib.

Dəhşətli məqam ondan ibarətdir ki, bəzi hallarda banda üzvləri vətəndaşların tamamilə sağlam dişlərini “müalicə edib” və ya çəkiblər.

Bir çox insanlar uydurma “təcili müalicə” xərclərini ödəmək üçün kredit götürmək məcburiyyətində qalıblar.

Hazırda onlarla insan zərərçəkən qismində tanınır. Hüquq-mühafizə orqanları qruplaşmanın 17 üzvünü saxlayıb. Onların arasında təşkilatçı qardaşlarla yanaşı, kuratorlar və stomatoloqlar da var.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
4
1
interpress.az

2Mənbələr