AZ

91 yaşlı “Romeo” qatilə ÇEVRİLDİ: Sevgilisini və ailəsini ÖLDÜRMƏK İSTƏDİ – VİDEO

91 yaşlı kişi keçmiş sevgilisindən qisas almaq üçün ailəni güllələmək istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İşığı söndürüb pusqu quran qocanın qanlı planı baş tutmayıb,

Məlumata görə, Rusiyanın Zelenqrad şəhərində 91 yaşlı kişi ayrıldığı sevgilisindən vəhşicəsinə qisas almağa cəhd edib.

Yaşlı kişinin planı olduqca amansız olub: o, sadəcə keçmiş sevgilisini deyil, onun bütün ailəsini – valideynlərini də öldürmək istəyib.

Planını həyata keçirmək üçün o, qadının yaşadığı mənzilin işıqlarını söndürüb. Qadın və atası nə baş verdiyini yoxlamaq üçün bayıra çıxdıqda, qoca silahı onlara tuşlayıb və tətiyi çəkib. Lakin möcüzə nəticəsində silah açılmayıb. Yalnız bu texniki nasazlıq potensial qurbanları ölümdən xilas edib.

Keçmiş sevgilinin yaşı barədə məlumat verilmir. İndi 91 yaşlı kişi adam öldürməyə cəhd və qanunsuz silah dövriyyəsi maddələri ilə mühakimə olunacaq.

Həmçinin onu hadisə yerinə avtomobillə gətirən 49 yaşlı dostu da məhkəmə qarşısına çıxarılacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
48
interpress.az

1Mənbələr