Apa.az saytına istinadən ain.az xəbər verir.
Vaşinqton administrasiyası tərəflərin Ukraynada nizamlanmaya yaxınlaşdığına inanır, lakin Moskva və Kiyevin razılığını tələb edən hələ də həll olunmamış məsələlər var.
APA xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakr “Fox News”da bildirib.
O, nizamlanma üzrə məsləhətləşmələr zamanı həll ediləcək məsələlərə toxunaraq qeyd edib ki, gündəlikdə iki həftə əvvəlkindən daha az məsələ var və bu, yaxşı xəbərdir.
"Hələ də hər iki tərəfin razılaşa biləcəyi şəkildə həll edilməli olan məsələlər var. Amma biz yaxınlaşırıq", - o deyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.