AZ

HAMAS Qəzzanın cənubundakı partlayışda İsraili günahlandırır

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

HAMAS hərəkatı Qəzza zolağının cənubunda baş verən partlayışda hər hansı bir yolla iştirakını rədd edir.

APA xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında yerləşdirilən açıqlamada deyilir.

"Partlayışın baş verdiyi Rəfah əyalətinin ərazisi tamamilə İsrail ordusu tərəfindən nəzarətdədir. Orada bir dənə də olsun fələstinli yoxdur. Artıq xəbərdarlıq etmişik ki, Qəzzanın bu hissələrində çoxsaylı partlamamış sursat qalıb və atəşkəs başlayandan bəri buna görə heç bir məsuliyyət daşımırıq", - açıqlamada deyilir.

HAMAS həmçinin Rəfahda partlayan sursatın İsrailin özündən gələ biləcəyini də istisna etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
apa.az

2Mənbələr