AZ

Temryuk limanında PUA hücumu nəticəsində neft məhsulları olan rezervuarlar yanıb

Temryuk limanında PUA hücumu nəticəsində neft məhsulları ilə dolu iki rezervuar yanıb, yanğın 2 min kvadratmetr ərazini əhatə edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Krasnodar diyarı üzrə operativ qərargahı "Telegram" kanalında məlumat paylaşıb.

"Temryuk limanında PUA hücumu nəticəsində iki neft məhsulları rezervuarında yanğın baş verib. Ümumi yanğın sahəsi təxminən 2 min kvadratmetrdir. İlkin məlumata görə, xəsarət alan yoxdur. Hadisə yerində xüsusi və fövqəladə xidmətlər işləyir", – məlumatda qeyd olunur.

Yanğının söndürülməsinə Rusiya FHN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin əməkdaşları da daxil olmaqla, 70 nəfər və 18 texnika cəlb edilib.

Seçilən
61
far.az

1Mənbələr