AZ

Keçmiş məcburi köçkün: Geri qayıtmaq böyük qürur və sevinc mənbəyidir  

Bakı, 25 dekabr, AZƏRTAC

Allah Prezidentimizə cansağlığı versin. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün biz doğma yurdumuza qayıdırıq. Buna görə çox sevinirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xocalı rayonunun Şuşakənd kəndinə köçən keçmiş məcburi köçkün Zöhrə Əmirova söyləyib.

O, bu hissləri sözlə ifadə etməyin çətin olduğunu vurğulayıb: "Biz bu sevinci düz 33 il idi ki, gözləyirdik. Nəhayət, bu günləri görmək bizə nəsib oldu. Şükür bu günümüzə".

Geri qayıtmağın onlar üçün böyük qürur və sevinc mənbəyi olduğunu bildirən keçmiş məcburi köçkün deyib: "Qardaşım hazırda köçür, biz də onların sevincinə qoşulmuşuq. Bacım da orada yaşayır. Bu xoş günləri birlikdə yaşamaq bizim üçün çox böyük xoşbəxtlikdir".

Seçilən
49
3
azertag.az

4Mənbələr