AZ

“Ford” 270 mindən çox avtomobili geri çağırır

"Ford" ABŞ-da parklanma sistemi ilə bağlı nasazlıqlara görə 270 mindən çox elektromobil və hibrid avtomobili təmir üçün geri çağırır.

Day.Az Lent.az-a istinadən xəbər verir ki, məlumata görə, bu nasazlıq avtomobillərin öz-özünə hərəkət etməsinə səbəb ola bilər.

Qeyd olunur ki, geri çağırma F-150 Lightning BEV", "Mustang Mach-E" və "Maverick" seriyalarına aid olan bir sıra avtomobilləri əhatə edir. 

Seçilən
11
3
day.az

4Mənbələr