AZ

SEPAH xarici tankeri ələ keçirdi

Ajans.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ələ keçirdiyi gəmi dörd milyon litrdən çox oğurluq yanacaq daşıyırmış və 16 xarici vətəndaş olan ekipaj üzvü ilə İranın ərazi sularını tərk etməyə çalışırmış. Yanacaq yükünün kiçik gəmilərdən toplandığı və daha böyük gəmilərə yüklənəcəyi nəzərdə tutulurmuş.

Qeyd edilir ki, gəmi mütəşəkkil yanacaq qaçaqmalçılığında iştirak edib və iş araşdırılması üçün məhkəməyə göndərilib.

Seçilən
35
Ajans.az

1Mənbələr