Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla (4 fevral, 2 aprel, 6 may, 24 iyun, 5 avqust, 23 sentyabr, 4 noyabr və 23 dekabr) təqdim ediləcək.
Qeyd olunan tarixlərdən 2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.