Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 11 ayında 12,6 milyard ABŞ dolları və yaxud 17.7% artaraq 83.6 mlrd. ABŞ dollarına çatıb...
Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
Bəyanatda qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu dövrdə 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, Azərbaycanı strateji valyuta ehtiyatları manat ifadəsi ilə 142 milyard manatdır ki, bu da 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat) üstələyir.
Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur.
Poliqon.info