AZ

İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili

 Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edərək, onu "Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu" adlandırıb.

"İlham hamımızın arzuladığına nail oldu: torpaqları azad etdi və Azərbaycanı dünya siyasətinin mühüm subyektinə çevirdi", — Saakaşvili bildirib.

Sabiq prezident qeyd edib ki, İlham Əliyev adını tarixə qızıl hərflərlə yazaraq əsrlər boyu xatırlanacaq bir miras qoyub.

Prezident Əliyevlə dostluğu və birgə fəaliyyəti ilə fəxr etdiyini deyən Saakaşvili, onu milli ləyaqətin qorunmasında prinsipiallıq və qətiyyət nümunəsi kimi xarakterizə edib.

N.Təbrizli

Seçilən
48
1
anews.az

2Mənbələr