AZ

İki dəfə işə gecikdi - Həbs edildi

Tailandda müəllim iki dəfə işə gecikdikdən sonra yerli həbsxanaya düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Rusiya vətəndaşı N.M-dan gedir.  

Blaqoveşçenskdən olan 40 yaşlı müəllim bir neçə il əvvəl Tailanda köçüb. 2022-ci ildə yerli məktəbdə ingilis dili və bədən tərbiyəsi müəllimi kimi işə düzəlib. Müəyyən səbəblərə o iki dəfə işə gecikib.  

Əmək intizamının bu şəkildə pozulmasına görə işəgötürən onu işdən çıxarıb. İşdən çıxarıldıqdan sonra Rusiya vətəndaşının ölkədə qalması üçün əsas olan iş vizası ləğv edilib Yeni immiqrasiya möhürü almaq üçün Banqkok vasitəsilə qonşu ölkəyə getməklə məsələni həll etmək cəhdi onun saxlanılması ilə nəticələnib. 

Kişinin Tailandda yaşamaq üçün icazəsi olmadığı üçün immiqrasiya həbsxanasına göndərilib.

Gülayə Mecid

Seçilən
41
50
unikal.az

10Mənbələr