AZ

Kuryerin başına vurub 150 min avroluq zinət əşyalarını oğurladılar

Yazını böyüt
Yazını kiçilt

Naməlum şəxs Parisdə kuryerdən zərgərlik mağazasına göndərilən 150 min avro dəyərində sapfir və digər zərgərlik əşyalarını oğurlayıb.

Hafta.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Məlumata görə, kuryer maşınını park edib düşərkən yaxınlıqda dayanmış mikroavtobusun arxasında gözləyən bir kişi ona tərəf qaçıb və başına güclü zərbələr endirib.

Daha sonra cinayətkar içərisində zinət əşyaları olan torbaları götürərək skuterlə hadisə yerindən qaçıb.

Yaralı kuryer xəstəxanaya yerləşdirilib. Zərgərlik əşyaları və quldur hələlik tapılmayıb.

Seçilən
9
2
hafta.az

3Mənbələr