AZ

Belçika Suriya və Əfqanıstana deportasiyaları bərpa edir

ain.az, Azertag saytına istinadən bildirir.

Brüssel, 25 dekabr, AZƏRTAC

Brüssel 2011-ci ildə Suriya vətəndaş müharibəsi başlayandan sonra ilk dəfə məhkum olunmuş Suriya vətəndaşlarını ölkələrinə deportasiya edib.

AZƏRTAC xəbər verir ki, bu addım Belçika hakimiyyətinin miqrasiya siyasətinin sərtləşdirilməsi və ictimai təhlükəsizlik üçün risk yaradan xarici vətəndaşların ölkədən çıxarılması məqsədi daşıyır. Bildirilir ki, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər səhər saatlarında Dəməşqdə Suriya tərəfinə təhvil veriliblər və cəzalarını orada çəkməyə davam edəcəklər.

Eyni gün Belçikadan bir Əfqanıstan vətəndaşı da deportasiya olunub və son günlərdə geri göndərilən əfqanların sayı artıb. Rəsmi qurumlar vurğulayır ki, Belçika cəmiyyətinin təhlükəsizliyi bu cür qərarları zəruri edir. Eyni zamanda qeyd olunur ki, siyasi və ya dini təqib riski olan şəxslər deportasiya edilməyəcək. Sərhəd nəzarətinin gücləndirilməsi və miqrasiya qaydalarının sərtləşdirilməsi ölkədə artan ictimai narahatlıqlarla əlaqələndirilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
3
azertag.az

4Mənbələr