AZ

Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarları ziyarət olundu FOTOLAR

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda ekipaj üzvlərinin məzarları ziyarət edilib.Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev, eləc də AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.Pilot Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova jurnalsitlərə bildirib ki, onun üçün bu bir il son dərəcə ağrılı keçib:“Mən bu bir ilin ağrısını sözlə ifadə edə bilmərəm. Onun da arzuları var idi - ailə qurmaq, uşaqlarını böyütmək, işləmək… Amma həyat bir saniyədə yarımçıq qaldı”.Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
demokrat.az

10Mənbələr