AZ

Həbsdə məhkum yoldaşını öldürmək istəyən şəxs kassasiya şikayəti verdi

Cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Ali Məhkəmədə araşdırılır.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Şalıyev Şalıyev Cinayət Məcəlləsinin 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsindən əməli daha yüngül maddəyə (127.2.3-cü-qəsdən sağlamlığa az zərər vurma) tövsif edilib. Hökmə əsasən, Azər Şalıyevə əvvəldən çəkilməmiş qalan 1 illik cəzası da birləşdirilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Qeyd: Həm Azər Şaliyev, həm də zərərçəkmiş Şəhriyar Baxışəliyev 10 il əvvəl 13 il azadlıqdan məhrum ediliblər. Onlar bir təcridxanada cəza çəkiblər. Aralarındakı davaya səbəb isə Şəhriyarın Azərin istifadə etdiyi dolabda saxladığı şəxsi kitabçaya icazəsiz baxması olub. Azər məhkum yoldaşını öldürmək məqsədilə boğaz nahiyəsini arxa tərəfdən ülgüclə kəsib. Sonuncu xəstəxanaya yerləşdirilib.

 

Kamal Məmmədov 

Tarix: 25 Dekabr 2025, 09:56   
Seçilən
15
pravda.az

1Mənbələr