AZ

Qurban Qurbanovu narahat edən məqam – Bu mövqeyə də oyunçu lazımdır!

“Qarabağ” qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır. Baş məşqçi Qurban Qurbanov qapıçı mövqeyinə yeni oyunçu transfer edilməsini istəyir.

Şahruddin Məhəmmədəliyevin zədəli olması və Fabian Buntiç yetərli olmaması təcrübəli mütəxəssisi narahat edir. Bu səbəbdən də Ağdam təmsilçisi qış fasiləsində heyətə yeni qolkiper cəlb etməyi düşünür.

Transfer ediləcək qapıçının Mateus Koxalski səviyyəsində və ya ona layiqli əvəzedici olması qeyd olunub.

Polşalı qolkiperin yay transfer pəncərəsində komandadan ayrılma ehtimalını da nəzərə alan klub rəhbərliyi artıq uyğun namizədlər üzərində axtarış aparır.

İdmanxeber.az 

Seçilən
32
idmanxeber.az

1Mənbələr