AZ

Bir ilin acısı ilə onları ziyarət etdilər... Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda ekipaj üzvlərinin məzarları ziyarət olunub.

“Qafqazinfo” “Trend” ə istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev və AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda qəzada həyatlarını itirən Milli Qəhrəmanlar - Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.

Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-i Aktau yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.

Həlak olmuş pilotlar - İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
3
qafqazinfo.az

4Mənbələr