AZ

Əlcəzair üzrxahlıq və təzminat tələb edir

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, sənədə əsasən, Fransa “Əlcəzairdəki müstəmləkə keçmişinə və səbəb olduğu faciələrə görə hüquqi məsuliyyət daşıyır”. Qanunda nüvə silahları sınaqları, məhkəmədən kənar edamlar, “fiziki və psixoloji işgəncələr” və “resursların sistemli talan edilməsi” Fransa müstəmləkəçiliyinin cinayətləri kimi təsnif olunub. - Fransa müstəmləkəçiliyinin vurduğu maddi və mənəvi zərərin tam və ədalətli şəkildə ödənilməsi Əlcəzair dövlətinin və xalqının ayrılmaz hüququdur”, - Qanun layihəsində vurğulanır.

Əlcəzair fransalı diplomatları ölkədən çıxarmağa davam edir

Xatırladaq ki, Əlcəzair-Fransa münasibətləri Qərbi Sahara probleminə görə gərginləşib. Əlcəzair 2024-cü ilin iyulunda, Paris Mərakeşin muxtariyyət planını dəstəklədiyi zaman öz səfirini Fransadan geri çağırıb. Əlcəzair uzun müddətdir ki, regionda öz müqəddəratını təyin etmək uğrunda apardığı mübarizədə Polisario Cəbhəsini dəstəkləyir. Bu ilin yazında isə, ölkələr arasındakı gərginlik diplomatik missiyaların əməkdaşlarının ikitərəfli qaydada çıxarılması ilə yadda qalıb. 1954-cü il noyabrın 1-də Əlcəzairin Fransadan müstəqillik uğrunda üsyanla başlayan mübarizəsi 1962-ci ildə müstəqilliklə yekunlaşıb. Fransa müstəmləkəçiliyi Əlcəzairdə təxminən 1,5 milyon insanın həyatına son qoyub. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
azvision.az

1Mənbələr