AZ

Məhkəmə qərarlarının icra edilməməsinə görə Avropa Məhkəməsinə hansı hallarda şikayət vermək olar?

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məhkəmə qərarlarının icra edilməməsinə görə Avropa Məhkəməsinə hansı hallarda şikayət vermək olar?

Vəkil Fariz Namazlı Gununsesi.info-ya bu sualı şərh edib.

Vəkil deyir ki, məhkəmə burada 2 kateqoriya müəyyən edib:

“Qərarı dövlət və ya onun orqanları icra etməli olduqda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə yenidən ölkədaxili hüquqi müdafiə mexanizmlərinə baş vurmağa ehtiyac yoxdur. Məhkəmə bunu Azərbaycana qarşı qəbul etdiyi bir çox qərarlarda vurğulayıb (xüsusən məcburi köçkünlərin evdən çıxarılması işlərində).

İkinci halda qərarı fiziki şəxs icra etməlidirsə, bu halda ərizəçi yenidən yerli məhkəmələrə müraciət etməlidir.

Bu yaxınlarda Avropa Məhkəməsi Ermənistana qarşı qəbul etdiyi qərarda bu mövqeyini bir daha qeyd edib.

Məhkəmə göstərib ki, qüvvəyə minmiş məhkəmə qərarlarının xüsusi şəxslərə qarşı icrası ilə bağlı işlərdə, ümumi qayda olaraq, Dövlət həmin şəxslərin borclarına görə birbaşa məsuliyyət daşımır. Konvensiyanın 6-cı maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi üzrə Dövlətin öhdəlikləri, əsasən, kreditorun müvafiq məhkəmə qərarının icrasında zəruri yardım almasını təmin etməklə məhdudlaşır, məsələn, icra icraatı və ya müflislik prosedurları vasitəsilə. Buna görə də, ərizəçi xüsusi şəxsə qarşı çıxarılmış qərarın icra edilməməsindən şikayət etdikdə, Məhkəmənin vəzifəsi hakimiyyət orqanlarının tətbiq etdiyi tədbirlərin adekvat və kifayət qədər olub-olmadığını və onların qərarın icrasında kreditora yardım göstərmək üçün lazımi səylə hərəkət edib-etmədiyini araşdırmaqdan ibarətdir. Bu baxımdan, Məhkəmə bir daha xatırladır ki, borclunun yoxsulluğu səbəbindən məhkəmə qərarının icra edilməməsi yalnız və yalnız yerli qurumların səhvləri və ya icra zamanı gecikmələri ilə əlaqələndirilə bildiyi halda Dövlətin üzərinə öhdəlik qoyula bilər”.

Günay Mahirqızı 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
icma.az

1Mənbələr