AZ

Afrikada futbolçu oyun zamanı vəfat edib

Burundi II Liqasında çıxış edən "Qepye Dyu Lak" komandasının futbolçusu Ayme Qerik oyun zamanı vəfat edib.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, buna oyunçunun qarşılaşma zamanı ağzında saxladığı və sonra udduğu sikkə səbəb olub.

O, qəfildən meydana yıxılıb. Tibbi heyətin müdaxiləsinə baxmayaraq, afrikalı futbolçu xəstəxanaya aparılarkən ölüb.

Nəşr bildirib ki, sikkə amulet (insanı bəd nəzərdən, bədbəxtlikdən qoruduğuna inanılan əşya və ya simvol) rolunu oynayır və cadugərliklə əlaqələndirilir. Burundidə futbol oyunlarının nəticəsini müəyyən etmək üçün yerli cadugərlərə və sehrbazlara müraciət etmək təcrübəsi geniş yayılıb.

“Trabzonspor”un gənc futbolçusu dünya nəhənglərinin radarında

Türkiyə Kuboku: İlk tura yekun vurulub

“Liverpul” Sörlot uğrunda “Fənərbaxça” ilə rəqabətə girir

“Fənər”in maraqlandığı futbolçu Niderland klubunda qalacaq

Xavi La Liqada klubunu dəyişib - RƏSMİ

Seçilən
33
5
apasport.az

6Mənbələr