AZ

“Azeri Light” bahalaşmağa davam edir

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Sitat.info  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.48 ABŞ dolları və ya 0.73% artaraq 66.62 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 66.14 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 

Seçilən
36
23
sitat.info

10Mənbələr