AZ

Hadisə onu “YouTube”də söyəndən küllü miqdarda pul aldı

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müğənni Hadisə YouTube platformasında onu təhqir edən idman şərhçisi Ahmet Çakara qarşı məhkəməni udub.  

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Hadisə ötən ilin dekabrında YouTube-da yayımlanan “İbrahim Selim ile Bu Gece” adlı verilişin qonağı olub. Proqram zamanı qarşılıqlı söhbət əsnasında müğənni keçmiş münasibətlərindən və ayrılıq proseslərindən danışıb.

Bundan sonra Ahmet Çakar “Çakırkeyf” adlı YouTube proqramında Hadisənin bu açıqlamaları ilə bağlı şərhlər verib. Sözügedən şərhlərin müğənninin şəxsiyyət hüquqlarına zidd olduğu iddia edilib.

Hadisənin vəkili Orhan Erol Müezzinoğlu tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində bildirilib ki, səsləndirilən rəncidəedici şərhlər, böhtan və təhqirlər nəticəsində müvəkkilin nüfuzu, şərəfi və ləyaqəti zədələnib. Bu səbəbdən Ahmet Çakardan 50 min lirə məbləğində mənəvi təzminatın faizləri ilə birlikdə tutulması tələb olunub.

Beykoz Asliye Hüquq Məhkəməsində baxılan iş üzrə qərar iclasında tərəflər iştirak etməyib, onları vəkilləri təmsil edib. Məhkəmə Hadisənin iddiasını təmin edərək, Ahmet Çakarın 50 min lirə məbləğində mənəvi təzminat ödəməsinə qərar verib.

Qərara əsasən, təzminat məbləği ötən ilki tarixdən etibarən qanuni faizlə birlikdə Hadisəyə ödəniləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
lent.az

1Mənbələr