AZ

İqor Kşnyakinin qızı: "Dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq"

"Axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı. Bu, bizim ailənin adəti idi".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina deyib.

O bildirib ki, uçuş olmazdan bir gün əvvəl atası Qroznıya uçacağını bilirdi:

"Buna görə də havaya baxıb dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Milad bayramını bizimlə qeyd etmək istəyirdi. Bu onun ən sevimli bayramı idi. Ancaq o gəlmədi".

Seçilən
39
8
far.az

10Mənbələr