AZ

670 minə bataqlığı göl edəcəklər

Qusar rayonunda quruyaraq bataqlığa çevrilən məşhur "Bənövşə gölü" su anbarının bərpasına və yenidən qurulmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.

Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Sözügedən işlərin icrasını "Kirs" firması öz üzərinə götürüb və şirkət layihənin maliyyə dəyərini qiymətləndirərək ADSEA-ya 670 min manat təklif edib.

Yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, Qusar şəhərinin yaxınlığında yerləşən "Bənövşə gölü" su anbarı 1982-ci ildə inşa edilərək istifadəyə verilib. Su anbarı 30 ildən çox Qusar şəhərini və ətraf kəndləri içməli su ilə təmin edib. 2016-cı ildə Qusar şəhərinin içməli su sistemi yeniləndikdən sonra "Bənövşə gölü" istifadəsiz və baxımsız qaldığından quruyub. Hazırda bataqlığı xatırladan bu ərazinin bərpası ötən il Milli Məclisdə müzakirəyə çıxarılmışdı.

Milli.Az

Seçilən
44
1
milli.az

2Mənbələr