AZ

“Yardeni Research” qızılın qiymətinin 2026-cı ilin sonuna qədər 6 000 dollara çatacağını proqnozlaşdırıb

“Uoll-stritin veteranı” kimi tanınan iqtisadçı Ed Yardeni tərəfindən yaradılmış analitik şirkət “Yardeni Research” qızılın 2026-cı ilin sonu üçün hədəf qiymətini bir unsiya üzrə 6 000 dollara qaldırıb. Bu barədə analitika qeydinə istinadən “MarketWatch” yazır.

“İlin əvvəlində qızılın bir unsiyasının qiyməti 3 000 dolları keçəndə, onun cari ilin sonuna qədər 4 000 dollara, növbəti ilin sonuna isə 5000 dollara çatacağını proqnozlaşdırmışdıq. Hazırda qızılın qiyməti 4 500 dolları keçib. Biz 2026-cı ilin sonu üçün hədəf səviyyəmizi 6 000 dollara yüksəldirik və onilliyin sonuna qədər qiymətin 10 000 dollara çatacağını gözləməyə davam edirik”, — deyə qeyddə bildirilir.

“MarketWatch” qeyd edir ki, qızıl üzrə yeni hədəf səviyyəsi əksər nikbin proqnozlardan daha aqressiv görünür. Müqayisə üçün, “JPMorgan” gələn ilin sonuna qədər qızılın qiymətinin 5 055 dollara qədər yüksələcəyini gözləyir.

Adətən qısa müddətli dövrdə S&P 500 indeksi ilə müqayisədə qızıl fərqli istiqamətli dinamika nümayiş etdirir, lakin uzunmüddətli perspektivdə yüksəliş trendində hərəkət edir ki, bu da bir neçə il üçün verilən nikbin proqnozu izah edir. Yardeni hesab edir ki, qızılın dəyəri sürətlə S&P 500 səviyyəsinə yaxınlaşır. “Əgər S&P 500, gözlədiyimiz kimi, 2029-cu ilin sonuna qədər 10 000 bəndə çatarsa, trend analizimiz doğrudursa, qızıl da 10 000 dollar səviyyəsində ticarət olunmalıdır”, — deyə Yardeni vurğulayır.

2025-ci ildə qızılın qiyməti təxminən 70% artıb və bu artım dekabrın sonuna qədər qorunarsa, 1979-cu ildən bəri ən yaxşı göstərici olacaq. Hazırda qiymətli metal ABŞ-nin Venesuela prezidenti Nikolas Maduro hökumətinə təzyiqləri fonunda tarixi maksimumlarını yeniləyir: ABŞ tərəfi ölkə sahilləri yaxınlığında neft daşıyan tankerələri saxlayır. Bakı vaxtı ilə saat 17:21-ə olan məlumata görə, qızılın spot bazardakı qiyməti təxminən 4 483 dollar təşkil edir, dekabrın 24-də isə bütün dövrlərin maksimumu olan 4 525,96 dollara çatıb.

Seçilən
39
banker.az

1Mənbələr