Mozambik millisi Afrika Millətlər Kubokunda ilk oyununda çıxıb.
Fanat.Az xəbər verir ki, “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martinsin də yer aldığı yığma Fil Dişi Sahili ilə qarşılaşıb.
Martinsin komandası görüşdən məğlub ayrılıb - 0:1. Oyunda yeganə qolu 79-cu dəqiqədə Amad Diallo vurub.
Martins 90 dəqiqə meydanda olub.
Mozambik növbəti oyunlarda Qabon (28 dekabr) və Kamerunla (31 dekabr) qarşılaşacaq.