AZ

Tacikistan-Əfqanıstan sərhədində atışma baş verib, iki tacik zabit öldürülüb

Tacikistan-Əfqanıstan

Tacikistan-Əfqanıstan sərhədində atışma baş verib.

APA xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Tacikistan xidməti məlumat yayıb.

Məlumata görə, tacik zabitləri silahlı əfqan qaçaqmalçı qrupları ilə toqquşmada öldürülüb.

Bildirilir ki, ölənlər arasında bir neçə əfqan döyüşçü də var. Ehtimal olunur ki, daha bir nəfər saxlanılıb.

Mənbələrdən birinin sözlərinə görə, cəmi 8 qaçaqmalçı var olub, onların yarısı qaçmağı bacarıb.

Hadisə Tacikistan-Əfqanıstan sərhədində dörd yeni nəzarət-buraxılış məntəqəsinin açıldığı gün baş verib.

Rəsmilər atışma və ölənlər haqqında məlumatları şərh etməyib.

Seçilən
27
3
xalqcebhesi.az

5Mənbələr