AZ

Azərbaycan və İran arasındakı əlaqələr müxtəlif sahələrdə özünü aydın şəkildə göstərir – Muctaba Dəmirçilu

Bakı. Trend:

Bu gün Azərbaycan və İran arasındakı siyasi iradə və qəlbibağlılıq, müxtəlif sahələrdə, o cümlədən birgə iqtisadi layihələrdəözünü aydın şəkildə göstərir.

Bunu İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu iki ölkəarasında əlaqələrin qurulmasının 34 illiyi ilə əlaqədar “Köhnəköklərdən yeni üfüqlərə” başlıqlı məqalədə qeyd edib.

Otuz dörd il əvvəl bu günlərdə, İran İslam Respublikası tarixi,mədəni və sivilizasiya bağlılıqlarını nəzərə alaraq, AzərbaycanRespublikasının müstəqilliyini rəsmi şəkildə tanıdı. 1991-ci ilindekabrında atılan bu addım yalnız beynəlxalq münasibətlərdə rəmzibir jest deyildi; bu, dost, qardaş və qonşu ölkənin seçimlərinə,suverenliyinə və müstəqilliyinə olan hörmətin səmimi ifadəsi idi vəbeləliklə, iki ölkə arasında rəsmi münasibətlərin möhkəm təməliqoyulmuşdur.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakıəlaqələr nadir və unikaldır, adi dövlətlərarası münasibətlərinhüdudlarından kənara çıxır. Biz burada əsrlər boyu çiyin-çiyinəyaşamış, ortaq dəyərlər əsasında bir-birinin kədərinə və sevincinəşərik olmuş xalqlardan danışırıq.

Son otuz il ərzində dostluq və qardaşlıq əlaqələrimiz,zaman-zaman qarşılaşdığı çətinliklərə baxmayaraq, qarşılıqlımaraqlar və etimad zəminində inkişaf etmişdir. “Ortaqköklər” həmişə sabitləşdirici bir lövbər rolunu oynayaraqmünasibətlər gəmisini fırtınalardan qorumuşdur.

Bu gün iki ölkə arasındakı siyasi iradə və qəlbi bağlılıq,müxtəlif sahələrdə, o cümlədən birgə iqtisadi layihələrdə özünüaydın şəkildə göstərir. İnkarolunmaz həqiqət budur ki, hər ikiölkənin təhlükəsizliyi, sabitliyi və milli maraqları bir-birinəqırılmaz tellərlə bağlıdır.

19 may 2024-cü il tarixində Araz çayı üzərində birgə bəndlərinaçılış mərasimində Azərbaycan Respublikasının hörmətli Prezidenticənab İlham Əliyev bu bağlılıqların dərinliyinə toxunaraqvurğulamışdır:

"İran-Azərbaycan birliyi və dostluğu sarsılmazdır.Heç kim bizim aramıza girə bilməz… İran-Azərbaycan dostluğu vəqardaşlığı bölgədə sabitliyin mühüm amili və gələcəktəhlükəsizliyin gücləndirilməsidir."

İki ölkə münasibətlərində medianın, qələm sahiblərininvə siyasi təhlilçilərin rolu həlledici və stratejiəhəmiyyət kəsb edir. Saxta narrativlərin iki qardaş xalq arasındasüni anlaşılmazlıq və uçurum yaratmağa cəhd etdiyi bir dövrdə,medianın əsas vəzifəsi milli ayıq-sayıqlığı qorumaq və strateji“ortaq nöqtələrə” işıq salmaqdır. Tehran və Bakıdakı medianümayəndələrinin üzərinə düşən tarixi missiya - bu qədim dostluğunhüdudlarını kənar müdaxilələrdən hifz etmək və iki ölkəninyaxınlaşmasından narahat olan qüvvələrin manipulyasiyalarına qarşısipər çəkməkdir. Yalan məlumatların və təfriqəçi rəvayətlərin qədimköklərimizə kölgə salmasına əsla imkan vermək olmaz. Media sülhün,əməkdaşlığın və qardaşlığın carçısı olmalı, ortaq maraqlarımızı vəperspektiv imkanlarımızı təbliğ etməklə ictimai rəyə birliyinsarsılmaz gücünü daim xatırlatmalıdır.

İran İslam Respublikası və Azərbaycan Respublikasınınəməkdaşlığı bütün Qafqaz regionunun sabitliyinin, yerlitəhlükəsizliyinin və tərəqqisinin təminatçısı ola bilər. Bakı vəTehran arasında iqtisadi və mədəni əlaqələr nə qədər möhkəm olarsa,hər iki ölkənin maraqları bir o qədər qorunmuş olar və "bulanıqsuda balıq tutmaq" istəyən xarici müdaxilə yolları bağlanar.

Azərbaycan Respublikasının müstəqilliyinin İran tərəfindəntanınmasının 34-cü ildönümü yalnız tarixi bir xatirə deyil; bu, həmdə mehriban qonşuluq ideallarına sadiqliyi yeniləmək üçün birfürsətdir. Biz eyni kökün iki budağıyıq; nə qədər möhkəm olsaq,sülhün, rifahın və təhlükəsizliyin kölgəsi bölgənin bütünbucaqlarına bir o qədər geniş yayılacaqdır. Bu bağın kökütarixdədir və baxışlar iki xalqı parlaq üfüqlərə doğru daha dayaxınlaşdırır. Qarşıdakı yol əzəmətə, tərəqqiyə və qarşılıqlımaraqların təmin olunmasına aparan yoldur.

Müctəba Dəmirçilu,

İran İslam Respublikasının Azərbaycan RespublikasındakıSəfiri

25 dekabr 2025

Seçilən
81
1
az.trend.az

2Mənbələr