AZ

Təhsil almaqda bərabər imkanlar yaratmaq fondun əsas missiyalarından biridir Bəhruz Əzimov

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Təhsil Tələbə Krediti Fondu cənab Prezident İlham Əliyevin 2021-ci ildə müvafiq fərmanı ilə yaradılıb, Elm və Təhsil Nazirliyinin tabeliyində təsis edilib".

Redaktor.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində çıxışı zamanı deyib.

"Təhsilin əlçatanlığının təmin olunması fondun kollektivi olaraq bizim hər zaman məqsədimiz olub. Biz bir şüarla çalışırıq ki, maliyyə sıxıntısı çəkən vətəndaşlarımız üçün təhsil əlçatanlığını təmin etmək lazımdır. Hansı ki, maliyyə sıxıntısına görə heç bir şəxs təhsildən kənarda qalmasın, təhsil hamı üçün əlçatan olsun.

Təhsil almaqda bərabər imkanlar yaratmaq fondun əsas missiyalarından və məqsədlərindən biridir. Hansı ki, sosial cəhətdən həssas, maddi rifahı aşağı olan tələbələrimiz, vətəndaşlarımız üçün bərabər imkanlar yaradırıq. Biz həm fiziki imkanlarına görə bərabər imkanlar yaradırıq, eyni zamanda gender bərabərliyi baxımından da fondun fəaliyyəti bütün tələbələrimiz üçün bərabər imkanlar yaradır", - deyə Bəhruz Əzimov vurğulayıb.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
redaktor.az

2Mənbələr