AZ

Növbəti ildən ilkin peşə təhsili üzrə də Təhsil Tələbə Krediti veriləcək - Bəhruz Əzimov

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Növbəti ildən ilkin peşə təhsili üzrə də Təhsil Tələbə Krediti veriləcək

TurkicWorld xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində fondun idarə heyətinin sədri Bəhruz Əzimov təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, bununla bağlı qanunvericilik layihəsi artıq hazırdır və təsdiq üçün təqdim edilib:

"Təhsil Tələbə Kreditləri sosial və standart növlər olaraq verilir. Müvafiq olaraq fazi dərəcələri 2 və 6 faizdir. Sosial növ həssas təbəqədən olan şəxslərə verilir. Bu növ üzrə 24437 kredit rəsmiləşdirilib. Standart kreditlər üzrə isə 45956 müqavilə rəsmiləşdirilib (65 faiz).

Bəhruz Əzimov qeyd edib ki, müqavilələrin 69 faizi (48797) bakalavr səviyyəsi üzrə rəsmiləşdirilib.

Seçilən
28
16
turkic.world

10Mənbələr