"Növbəti ildən ilkin peşə təhsili üzrə də təhsil tələbə krediti veriləcək".
Redaktor.az-ın məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.
"Bununla bağlı qanunvericilik layihəsi artıq hazırdır və təsdiq üçün təqdim edilib", - deyə o, qeyd edib.
Aytəkin