AZ

Nazirlik rəsmisi: Bakalavr səviyyəsində tədris proqramları yenilənəcək

Bakalavr səviyyəsində tədris proqramları yenilənəcək.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, nazirliyin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının birgə formalaşdırdığı komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə yenilənmə aparılıb:

"Müasir dövrün tələblərinə cavab verən yeni tədris proqramları hazırlanıb. Növbəti mərhələdə bu təcrübəni bakalavr səviyyəsində də tətbiq etməyi planlaşdırırıq".

S.Rzayev vurğulayıb ki, 2027–2030-cu illərdə isə əsas hədəf ali təhsilin keyfiyyətinin daha da artırılması olacaq:

"Düşünürəm ki, ali təhsil müəssisələrimiz nə qədər keyfiyyətli və müasir məzmun təqdim etsə, fondun imkanlarından yararlanan tələbələrin sayı da bir o qədər artacaq".

Seçilən
57
2
far.az

3Mənbələr