AZ

“Sabah”ın qapıçısı yığmanın bir nömrəsi ola bilər

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Sabah”ın qapıçısı Stas Pokatilov yenidən Qazaxıstan milli komandasının əsas qapıçısı ola bilər.

İdman.Biz “Transfermarkt”a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper cari mövsümdəki çıxışı ilə Qazaxıstan futbol ictimaiyyətinin diqqətini çəkib. O, milli komandada sonuncu dəfə yayda Belarusla yoldaşlıq oyununda meydana çıxıb, bütün matçı oynayıb və komandanın məğlubiyyətinə baxmayaraq müsbət qiymət alıb.

Ekspertlər artıq Pokatilovu milli komandanın bir nömrəsi hesab edirlər. Onun əsas rəqibləri - Aleksandr Zarutski (“Kairat”), Məhəmmədcan Seysen (“Astana”) və Bekhan Şayzada (“Ordabası”) - hələ stabil oyun nümayiş etdirə bilməyiblər.

Qeyd edək ki, cari Misli Premyer Liqa mövsümündə Pokatilov “Sabah” üçün 16 oyunda iştirak edib və yalnız doqquz qol buraxıb. Klub hazırda çempionatda 37 xalla liderdir. Bu etibarlı oyun onu milli komandanın əsas qapıçısı olmaq üçün başlıca namizəd kimi göstərir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
1
icma.az

2Mənbələr