AZ

“Qarabağ fatihi, Müzəffər Komandan” – Dünya azərbaycanlılarından Prezident İlham Əliyevə təbrik

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 64 yaşı tamam olur. Bu münasibətlə xaricdə yaşayan azərbaycanlılar adından yayılan geniş təbrik və ictimai-siyasi məzmunlu müraciətdə Prezident İlham Əliyevin şəxsiyyəti, liderlik keyfiyyətləri və Qarabağ Zəfərindəki tarixi rolu xüsusi vurğulanıb.

ONN media xəbər verir ki, müraciətin müəllifi Türkiyə–Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfinin prezidenti, professor Aygün Attar bildirib ki, vətəndən uzaqda yaşayan, lakin qəlbi daim Azərbaycanla döyünən soydaşlarımız Prezident İlham Əliyevi səmimi və əsaslı şəkildə sevir. Onun sözlərinə görə, bu sevgi nə kor-koranə bağlılıq, nə də formal komplimentdir – bu, real liderlik, dövlətçilik və milli iradənin təcəssümünə verilən qiymətdir.
Müraciətdə qeyd olunur ki, Prezident İlham Əliyevin millət–dövlət birliyini “dəmir yumruq” prinsipində birləşdirməsi, xüsusilə ziyalı təbəqə tərəfindən siyasi və tarixi baxımdan dərindən təhlil edilən bir modeldir. Xaricdə yaşayan azərbaycanlılar dövlət başçısının beynəlxalq tribunalarda ana dilində səlis və təsirli çıxışlarından, eyni zamanda rus, ingilis və fransız dillərində mükəmməl natiqliyindən qürur duyurlar.
Professor Aygün Attar vurğulayır ki, Prezident İlham Əliyev davranışı, mədəniyyəti, geyimi və yüksək etikası ilə Qərbdə mövcud olan “müsəlman ölkəsi lideri” stereotiplərini faktiki olaraq dağıdan nadir dövlət başçılarındandır. Onun özünəinamlı duruşu, “Mən Azərbaycanam” mesajı verən siyasi üslubu soydaşlarımız üçün qürur mənbəyidir və milli kimliyi gücləndirən mühüm amildir.
Müraciətdə Prezidentin idmana verdiyi önəm də xüsusi qeyd edilir. Bildirilir ki, sağlam bədəndə sağlam ruhun formalaşması ideyasını dövlət siyasətinə çevirən İlham Əliyev, Azərbaycanı beynəlxalq idman yarışlarının mərkəzinə çevirərək gəncliyin fiziki və mənəvi inkişafına töhfə verir. Bu xüsusilə Qarabağ işğaldan azad edildikdən sonra başlanan “Böyük Qayıdış” strategiyası üçün mühüm amil kimi qiymətləndirilir.
Qeyd olunur ki, Prezident İlham Əliyevin çıxışlarının sonunda yumruğunu havaya qaldırması təsadüfi jest deyil. Bu, Azərbaycanın siyasi, iqtisadi və mədəni gələcəyinə inamın, milli iradənin dövlətə verdiyi dəstəyin rəmzidir. Həmin yumruq ölkəni daxildən və xaricdən qarışdırmaq istəyənlərə, düşmən niyyətli dairələrə və onların yerli əlaltılarına qarşı yönəlmiş açıq mesajdır.
Müraciətdə vurğulanır ki, ömrünün 30 ildən çoxunu – gəncliyini və həyatını – Azərbaycan dövlətinə həsr etmiş Prezident İlham Əliyevin doğum günü sevinci Qarabağ Zəfəri ilə daha da mənalıdır. 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyan Azərbaycan Ordusu, şəhidlərin qanı və Ali Baş Komandanın siyasi iradəsi nəticəsində tarix yazılıb.
“Biz həm döyüş meydanında, həm də diplomatik cəbhədə düşməni məğlub edən, Azərbaycan torpaqlarında qondarma dövlət qurmaq cəhdlərinə son qoyan, bunu bütün dünyaya açıq bəyan edən Müzəffər Liderlə haqlı olaraq fəxr edirik”, – deyə müraciətdə bildirilir.
Şuşada “Qarabağ şikəstəsi”ni dinləmək, Zəngilandan Xudafərinə salam göndərmək, Füzuli və Cəbrayıldan Araz boyu layla demək, Kəlbəcərin “İstisu”sundan içmək kimi arzuların məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdiyi vurğulanır. Bildirilir ki, Prezidentin həyat yoldaşı, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə azad edilmiş torpaqlara – o cümlədən Xankəndi və Kərkicahana səfərləri bu tarixi prosesin simvolik davamıdır.
Müraciətin sonunda dünya azərbaycanlılarının heç vaxt unudulmadığı, onların dövlətin mənəvi gücünün ayrılmaz hissəsi olduğu xüsusi qeyd edilir və Prezident İlham Əliyevə təşəkkür ifadə olunur.
“Qəlbi Azərbaycanla döyünən hər kəsə Qarabağ Zəfəri kimi ən böyük hədiyyəni bəxş edən Müzəffər Ali Baş Komandanımızın doğum günü mübarək olsun. İyi ki doğuldunuz, iyi ki varsınız. Can Azərbaycanımız daim ümidli olsun”, – deyə müraciətdə bildirilir.

Seçilən
5
onn.az

1Mənbələr