"Atletiko" futbolçusu Xavi Qalanı icarəyə göndərib.
QOL.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Osasuna"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı oyunçu 30 iyun 2026-cı ilədək "Osasuna"nın formasını geyinəcək. Razılaşmaya əsasən, “Osasuna” bu keçid üçün “Atletiko”ya 500 min avro ödəyəcək.
Qeyd edək ki, Qalan cari mövsümdə “Atletiko”nun heyətində 7 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. O, karyerası ərzində “Real Sosyedad”, “Selta”, “Ueska” və “Kordoba” klublarında da forma geyinib.