AZ

Tanzaniyada Kilimancaro dağlarında helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tanzaniyada Kilimancaro dağlarında helikopter qəzası baş verib.

APA “Reuters”ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb.

Tanzaniya mediası qəzanın helikopterin tibbi missiya həyata keçirərkən baş verdiyini bildirib.

Ölənlər arasında bələdçi, həkim, pilot və iki əcnəbi turist var.

Turistlərin hansı ölkədən olduğu bilinmir.

Qeyd edək ki, hər il təxminən 50 min turist Kilimancaro dağlarına qalxır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
2
apa.az

3Mənbələr