“Hamı kimi oğlumun da arzuları var idi. Bütün insanların dilədiklərini Aleksandr da istəyirdi”.
Oxu.az-ın məlumatına görə, bu sözləri AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin şəhid pilotlarından biri, Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova deyib.
Ananın sözlərinə görə, oğlunun həyatla bağlı planları yarımçıq qalıb:
“Ailə qurmaq, övladlarını böyütmək, normal bir həyat yaşamaq istəyirdi. Amma bütün arzuları yarımçıq qaldı”.