AZ

Braziliya klubu Silva üçün təzminat ödəməyə hazırdır

“Qarabağ”ın müdafiəçisi Mateus Silvanın Braziliyaya qayıtmaq ehtimalı artıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barəd yerli mətbuatda xəbərlər dolaşır. Braziliya mətbuatı yazır ki, 28 yaşlı sağ cinah müdafiəçisi ilə “Vitoria”dan sonra “Flamenqo” da maraqlanır.

Silvanın “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi olduğu üçün transferin reallaşması çətindir. Çünki onu istəyən klub Ağdam təmsilçisinə təzminat ödəməlidir.

Bildirilir ki, “Flamenqo” maliyyə baxımından çətinlik yaşamır və Silva klubun sağ cinah üçün düşündüyü alternativlərdən biridir.

Xəbərdə Braziliya təmsilçisinin futbolçu üçün rəsmi müraciət etdiyi vurğulanmayıb.

Qeyd edək ki, braziliyalı futbolçu 2023-cü ildən “Qarabağ”da çıxış edir.

Seçilən
30
idmanxeber.az

1Mənbələr