AZ

Çin Azərbaycanda minatəmizləmə işlərinə vəsait ayırıb

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan və Çin liderləri tərəfindən imzalanmış Humanitar Mina Təmizləmə üzrə Anlaşma Memorandumu çərçivəsində Çin ANAMA-ya 2 milyon yuan (285 min dollar ) məbləğində maliyyə yardımı ayırıb. Bu dəstək Azərbaycanın azad olunmuş ərazilərdə mina təmizləmə imkanlarının artırılmasına və bərpa işlərinə töhfə verib, yerli əhalinin təhlükəsizliyinin təmin olunmasına xidmət edib”.

525.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey 2025-ci il üzrə illik mətbuat konfransında bildirib.

Lu Mey deyib ki, Çin humanitar sahədə də layihələr həyata keçirir. Belə ki, Heydər Əliyev Fondu vasitəsilə Bakının Xəzər rayonundakı iki uşaq evinə Çin istehsalı elektron avadanlıqlar təqdim olunub və Çin-Azərbaycan dostluğu rəqəmsal sinifləri yaradılıb.

Səfir əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında Çin tərəfindən maliyyələşdirilən distant təhsil avadanlıqlarının təqdimatında da iştirak edib. Layihə çərçivəsində Naxçıvandakı 216 məktəb yeni avadanlıqla təmin olunub.

Diplomat qeyd edib ki, Azərbaycan tərəfi də Çində sosial təşəbbüslərə dəstək göstərib:

“Azərbaycan Çinin Yunnan vilayətinin Malipo rayonunda yerləşən 2-ci ibtidai məktəbdə oyun meydançasının tikintisinə yardım edib. Bu layihələr xalqlarımız arasında dostluğun səmimi nümunələridir və xüsusilə gənc nəslə yönəlib”.

Səfir vurğulayıb ki, humanitar mübadilələr Çin-Azərbaycan dostluğunun təməlini daha da möhkəmləndirir. Onun sözlərinə görə, ötən il mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq aktiv şəkildə inkişaf edib".

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
11
525.az

10Mənbələr