Bakı. Trend:
Tailandla sərhəddə yaşanan gərginlik fonunda Kambocada 630 minəyaxın dinc sakin məcburi köçkün düşüb və onların əksəriyyətiniqadınlar və uşaqlar təşkil edir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Kamboca krallığının Daxiliİşlər Nazirliyi bəyanat yayıb.
Qurumun bəyanatına görə, 636,6 mindən çox kambocalı sakinyaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıb.
Son rəqəmlərə əsasən, Tailand hərbçilərinin açdığı atəşdən 31dinc sakin həlak olub, azı 87 nəfər yaralanıb.
Kamboca və Tailand sərhədində atıcı silahların tətbiqi iləmüşayiət olunan toqquşmalar dekabrın 7-də başlayıb. Tailandın quruqoşunları dekabrın 8-də bildiriblər ki, Kamboca hərbçilərisərhədyanı zonada Tailand mövqelərini artilleriya atəşinə tutublar.Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbiinfrastrukturlarına zərbələr endirib.