AZ

Bu gün "Qiyamət günü"dür dedi - Minlərlə insan gəmisinə axın etdi (VİDEO)

Qanada yaşayan və özünü "Nuh" adlandıran kişi yenidən gündəmə gəlib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Ebo adlı şəxs "dünyanı su basacaq" iddiası ilə 10 nəhəng taxta gəmi inşa edib. 

Bunun fonunda "Nuh" bu gün “Böyük Tufan olacaq” deyə sakinlərə xəbərdarlıq edib və insanların hazırladığı taxta gəmilərə minməsi üçün çağırış edib.

Ebo "Nuh"un "Tanrının əmri" olduğunu söylədiyi layihəyə yüzlərlə qanalı ərzaq və şəxsi əşyaları ilə gəlib, böyük sıralar təşkil edib. Eyni zamanda qonşu ölkələrdən də bəziləri bu gəmilərə qatılmaq üçün kilometrlərlə yolu piyada qət edib.

Sözügedən görüntülər sosial mediada diqqət çəkib.

Gülayə Mecid 

 

 

 

Seçilən
96
50
unikal.az

10Mənbələr