AZ

AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı "Euronews" material yayımladı

"Euronews" saytında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı material yayımlanıb.

Publika.az xəbər verir ki, yazıda Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər əhəmiyyətli detallar yer alıb.

Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev istintaq nəticələrinə və şahid ifadələrinə əsaslanaraq məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü vurğulayıb. Nəticədə, Rusiya Prezidenti Vladimir Putin də ölkəsinin faciədə rolunu etiraf edib.

Yazıda pilotların qəhrəmanlığı xüsusi qeyd olunub: “Hadisədə həlak olan pilotlar daha çox insan tələfatının qarşısını aldılar”.

Həmçinin vurğulanıb ki, qəza baş verən gün Azərbaycan rəsmiləri “Euronews”a açıqlamalarında pilotların eniş üçün müraciət etməsinə baxmayaraq, Rusiyanın Azərbaycan təyyarəsinə heç bir hava limanına eniş icazəsi vermədiyini və təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətinə uçmağa məcbur olduğunu bildiriblər.

Seçilən
25
19
publika.az

10Mənbələr