BAKI, 25 dekabr. TELEQRAF
Bakının Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb.
Teleqraf-ın xəbərinə görə, polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.