Ermənistan hökuməti kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
“Şoqakat” telekanalı yanvarın 1-dən ləğv ediləcək.
Qərarın əsaslandırılmasında qeyd olunur ki, belə bir addımın əsası 24 oktyabr 2025-ci il tarixli "Audiovizual Media" haqqında qanuna edilən dəyişikliklərdir.
“Şoqakat” telekanalı hökumət tərəfindən 2011-ci ilin fevral ayında yaradılıb, səhmlərin idarə edilməsi İctimai Televiziya Şurasına verilib. Teleşirkətin əsas vəzifəsi mənəvi və mədəni proqramlar göstərmək olub.
Erməni Kilsəsi dövlət və bələdiyyə mülkiyyətində olan, mülkiyyət hüququ əsasında istifadə etdiyi torpaq sahələrindən ödənişsiz istifadə hüququndan da məhrum edilib.
APA
Tarix: 25 Dekabr 2025, 12:44