AZ

“Azərpoçt” və AZAL-ın və birgə təşəbbüsü ilə poçt markası buraxılıb

“Azərpoçt” MMC “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən il dekabrın 25-də Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr olunan poçt markasını dövriyyəyə buraxıb.

Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.

Hadisəni yaşadan poçt markasının buraxılışı həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühüm mənəvi əhəmiyyət daşıyır. Belə ki, ölkədən-ölkəyə göndərilən, fərqli ünvanlara çatan, gördükcə insanı düşündürən və tarixi özündə daşıyan bu kiçik kağız parçaları hadisələri əbədiləşdirir,  nəsildən-nəslə ötürür.

Sözügedən iki dövlət qurumunun birgə layihəsi kimi ərsəyə gələn bu poçt markası fəaliyyətlərinin yalnız funksional deyil, mənəvi məsuliyyətinin də bölüşdüyünün göstəricisidir. AZAL bu hadisənin tarixini yaşadan tərəfdirsə, “Azərpoçt” həmin tarixi ölkədən ölkəyə, ünvandan ünvana daşıyan körpüdür.

Onu da qeyd edək ki, poçt markasının dövriyyəyə buraxılması xeyriyyə yönümlüdür. Belə ki, bu markanın satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

Marka 5000 tirajla Belarusiyada çap olunub.

Seçilən
14
ikisahil.az

1Mənbələr