AZ

On bir ayda banklar 265,5 milyon manat mәnfәәt vergisi ödәyib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 dekabr, AZƏRTAC

2025-ci ilin yanvar-noyabr aylarında banklar 1 milyard 58,9 milyon manat xalis mәnfәәt, 1 milyard 651,6 milyon manat mәblәğindә әmәliyyat mәnfәәti әldә ediblәr.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, cari ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265,5 milyon manat mәblәğindә mәnfәәt vergisi ödәnilib (2024-cü ilin analoji dövrü ilә müqayisәdә 14,3 faiz vә ya 33,2 milyon manat daha çox).

Cari ilin noyabr ayında manatla geniş mәnada pul kütlәsi (M2) ilin әvvәlinә nәzәrәn 2,6 faiz artaraq 37 milyard 596,2 milyon manat tәşkil edib.

Bank sektorunun xarici öhdәliklәri ilin әvvәlinә nәzәrәn 469 milyon manat artaraq 3 milyard 54,5 milyon manat tәşkil edib. Xarici öhdәliklәrdәki qeyd olunan dәyişiklik әsasәn qeyri-rezident banklardan alınmış qısamüddәtli kreditlәrin hәcmindәki artım ilә әlaqәdardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
azertag.az

4Mənbələr